Hərbi Akademiyada buraxılış mərasimi keçirilib

Hərbi
  • 11 fevral, 2020
  • 12:58
Hərbi Akademiyada buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dövlət himni səsləndirilib.

Sonra Hərbi Akademiyanın rəis müavini, general-mayor Azər Əliyev ingilis dili üzrə müəllim hazırlığı kursunun əhəmiyyətindən və mahiyyətindən danışıb. O qeyd edib ki, kurs müddətində dinləyicilərə ingilis dili üzrə müasir tədris metodologiyası öyrədilib, onların bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti