"Qətiyyətli və qüdrətli lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra bilmədi" - RƏY

"Qətiyyətli və qüdrətli lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra bilmədi" - RƏY “Xalqımız Qarabağda qazandığımız Zəfəri böyük təntənə ilə qeyd edir. Müharibə dövründə Prezident İlham Əliyevin güclü strateq, qüdrətli sərkərdə olduğu bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin mühari
Daxili siyasət
9 Noyabr , 2022 13:45
Qətiyyətli və qüdrətli lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra bilmədi - RƏY

“Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, xalqımız Qarabağda qazandığımız Zəfəri böyük təntənə ilə qeyd edir: “Müharibə dövründə Prezident İlham Əliyevin güclü strateq, qüdrətli sərkərdə olduğu bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir”.

Deputat qeyd edib ki, müharibə dövründə Azərbaycana qarşı müxtəlif dairələrdən təzyiq cəhdləri olurdu, xalqımızın, dövlətimizin haqq işinə - tarixi ədalətin bərpasına mane olmağa çalışan bəzi güc mərkəzləri vardı.

“Amma Azərbaycan Prezidenti təzyiqləri məharətlə dəf etdi, öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də əks-hücumu uğurla davam etdirdi. Diplomatik hücum və ya hücum diplomatiyası Azərbaycana təzyiq cəhdlərinin qarşısını almağa imkan verdi”, - F.Yıldırım vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşları müharibə günlərində ekran qarşısında Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik edirdi.

“Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. İlham Əliyevin sözünün imzası qədər dəyərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan üçün kapitulyasiya aktı oldu! Ali Baş Komandanımız qürurla qeyd etdi ki, biz “dəmir yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq. Müharibə dövründə gördük ki, xalqın dəstəyini arxasına almış Prezident İlham Əliyevin “dəmir yumruğu” qətiyyət, güc və həmrəylik simvoludur. Ümumiyyətlə, dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “dəmir yumruğun” rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir”, - Milli Məclisin üzvü söyləyib.

Son xəbərlər

Orphus sistemi