Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Gülverdi Hüseynov dəfn olunub – YENİLƏNİB-2

Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Gülverdi Hüseynov dəfn olunub – YENİLƏNİB-2 Abşeron rayonunun Qobu qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi keçirilir.
Hərbi
23 Avqust , 2023 13:59
Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Gülverdi Hüseynov dəfn olunub – YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.

“Report” xəbər verir ki, G.Hüseynov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.

Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

13:48

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, şəhidin nəşi dəfn olunması üçün Qobu qəbiristanlığına gətirilib.

13:28

Abşeron rayonunun Qobu qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Qobu qəbiristanlığında dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi