Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib "Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır"
Hərbi
18 Mart , 2016 19:27
Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışına münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır:

"Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Müdafiə Nazirliyi bildirir ki, Anjey Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.

Son xəbərlər

Orphus sistemi