Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində təcrübəyə malikdir.
"Report" xəbər verir ki, bunu 5-ci yubiley ADEX sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev deyib.
O bildirib ki, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) və 14-сü Azərbaycan Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ("Securex Caspian") müdafiə sənayesi sahəsində ən nəhəng tədbirlər sırasındadır:
"Hər iki sərgi miqyasına görə ölkəmizin müdafiə sənayesinin gücünü nümayiş etdirir. Bu sərgilər iştirakçılar arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Bu ilki sərgilər miqyasına görə daha geniş olacaq. Sərgidə İtaliya, Slovakiya, Qətər və Macarıstan ilk dəfə olaraq öz pavilyonu ilə iştirak edəcək. Ölkəmizin milli pavilyonu 4 stend ilə iştirak edəcək".