ANAMA sədri: "Ermənistan sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb"

ANAMA sədri: "Ermənistan sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb" ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında Ermənistan tərəfin işğaldan azad edilmiş ərazilərdə sırf mülki əhaliyə yönəlmiş mina sahələri yaratdığını açıqlayıb.
Hərbi
16 Yanvar , 2024 12:22
ANAMA sədri: Ermənistan sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində sırf mülki əhaliyə yönəlmiş mina sahələri yaratdığını açıqlayıb.

"Report"un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən içəridə baş verib.

"Bu da onu göstərir ki, mina döşənən ərazilər tək keçmiş təmas xətti deyil. Qarşı tərəf təəssüf ki, heç bir məntiqə uyğun olmayan və sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb", - ANAMA sədri söyləyib.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib. Nəticədə 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 341 nəfər minaya düşüb. Onlardan 65-i həlak olub.

Son xəbərlər

Orphus sistemi