Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı

Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı Dekbarın 29-u saat 10:00 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.
Hadisə
1310
29 Dekabr , 2020 19:50
Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı

Dekbarın 29-u saat 10:00 radələrində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulan partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

"Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir", - ANAMA-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi