Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib

Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan xarici ölkə vətəndaşı həbs edilib.
Hadisə
22 Mart , 2022 12:24
Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan xarici ölkə vətəndaşı həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tutulub.

Keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş xarici ölkə vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Emil Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən satış məqsədilə avtomobildə daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və Emil Mamedov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi