Zaqatalada ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb
Hadisə
- 27 aprel, 2023
- 07:32
Zaqatala rayonunda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Son xəbərlər
13:07
Həsənriz sakini: Doğulduğumuz evlərdə indi övladlarımızın sevincli günlərini görəcəyik
Daxili siyasət13:04
Azərbaycanda bu ilin yanvar-oktyabr ayları ərzində nikah və boşanma azalıb
Daxili siyasət13:04
İlin ilk on ayında ölkədə 50 minə yaxın ölüm halı qeydə alınıb
Hadisə13:03
Bu ilin 10 ayında 2 714 əkiz, 81 üçəm doğulub
Sağlamlıq13:03
Azərbaycanda aqrar sektor 1 % böyüyüb
ASK13:02
Pakistan 2030-cu ilədək ədalətli dünya nizamı qurmağı hədəfləyib
Digər ölkələr13:01
Azərbaycan əhalisinin gəlirləri 8 % artıb
Maliyyə13:00
Azərbaycan əhalisinin sayı açıqlanıb
Sosial müdafiə12:59