Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisə
27 Avqust , 2024 11:47
Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Zaqtalada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.

10:45

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tarıyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi