Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-4

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-4 Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
Hadisə
8 May , 2024 00:15
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-4

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

2024-05-07 22:53

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

22:39

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

21:38

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 5-i uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə "Report"un Şimal-qərb bürosuna TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub.

20:39

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi