Zaqatalada yaylağa gəzməyə gedən kişi itkin düşüb

Zaqatalada yaylağa gəzməyə gedən kişi itkin düşüb 68 yaşlı sakinin axtarışları davam edir
Hadisə
3 Sentyabr , 2015 23:17
Zaqatalada yaylağa gəzməyə gedən kişi itkin düşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı sakini Böyük Qafqaz sıra dağlarında itkin düşüb.

"Report"un məlumatına görə, rayonun Mazıx kəndində doğulan, hazırda Bakı şəhəri qeydiyatında olan Şamil Məmmədoviç Əliyev avqust ayının əvvəlləri Zaqatala rayonuna qonaq gəlib.

68 yaşlı Şamil Əliyev avqust ayının ortaları Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin, Zaqatala rayonu ərazisindən keçən hissəsində yerləşən yaylağa gəzməyə gedib.

Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra, Şamil Əliyev avqust ayının 28-i Zaqatalanın Mazıx kəndinə geri qayıtmağa başlaması barədə mobil telefon vasitəsi ilə yaxınlarına məlumat verib. Elə həmin gündən Şamil Əliyevlə bütün əlaqələr kəsilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqan əməkdaşları Şamil Əliyevin Bakı şəhərində yaşadığı evdə də axtarışlar aparıblar. Amma onun geri qayitmadığı məlum olub.

Şamil Əliyevin yüksək dağlıq ərazidə itkin düşməsi barədə Zaqatala rayon Polis Şöbəsinə yazılı surətdə mürəciət edilib.

Zaqatala RPŞ-nin 20-dən yuxarı əməkdaşınınvə 60-dan yuxarı rayonun Mazıx və Car kəndlərinin sakinlərinin birgə yüksək dağlıq ərazidə apardıqları axtarışlar heç-bir nəticə verməyib. Hazırda axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi