Yuxarı Şirvan kanalında bir nəfər batıb - YENİLƏNİB

Yuxarı Şirvan kanalında bir nəfər batıb - YENİLƏNİB Yuxarı Şirvan kanalında bir nəfər batıb.
Hadisə
9 İyun , 2023 18:07
Yuxarı Şirvan kanalında bir nəfər batıb - YENİLƏNİB

Bu gün Yuxarı Şirvan kanalında batan şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib.

Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.

16:52

Yuxarı Şirvan kanalında bir nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi