Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2 Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Hadisə
29 Avqust , 2024 13:42
Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba yolunda yük maşınının dəmir yolu xəttinə aşması nəticəsində ağır bədən xəsarətlərindən ölən iki nəfər - Naxçıvan sakinləri - 1985-ci il təvəllüdlü Əskərov Rəşid Məmmədtağı oğlu və 2006-cı il təvəllüdlü Məhərrəmov İnşallah Cəsur oğludur.

Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

09:30

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:01

Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

Azərbaycan Dəmir Yollarından (ADY) "Report"a bildirilib ki, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi