YPX-nin reydi zamanı avtobusda siqaret çəkən sərnişin saxlanılıb

YPX-nin reydi zamanı avtobusda siqaret çəkən sərnişin saxlanılıb Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYP) bölməsinin əməkdaşları tibbi maskadan istifadə etməyən sürücü və hərəkət iştirakçılarına qarşı reyd keçirib.
Hadisə
25 Fevral , 2022 13:15
YPX-nin reydi zamanı avtobusda siqaret çəkən sərnişin saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYP) bölməsinin əməkdaşları tibbi maskadan istifadə etməyən sürücü və hərəkət iştirakçılarına qarşı reyd keçirib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə iritutumlu avtobuslarda və taksi fəaliyyəti ilə məşğul olan sürücü və sərnişinlərə qarşı təşkil edilib.

Keçrilən tədbirlər zamanı DYP əməkdaşları sürücü və sərnişinlərlə profilaktiki söhbətlər aparmış, onlara tibbi maskalar paylayaraq hərəkət iştirakçılarına koronavirusin ölkədə yayılmasına qarşı tətbiq olunan qaydalara riayət etmələrini tövsiyə ediblər.

Reyd zamanı 40-dan çox nəqliyyat vasitəsi saxlanılıb və 15-ə yaxın hərəkət iştirakçısı cərimələnib. Bundan başqa avtomobildə tibbi maskadan istifadə etməyən eləcədə içtimai nəqliyyat vasitəsində tütün məmulatlarından istifadə edərək digər sərnişinlərin sağlamlığına ziayan vuran hərəkət iştirakçılarıda müəyyən olundu.

Onların barəsində Ağsu rayon DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən pratakollar tətbiq olundu.

Bu kimi tədbirlərin rayon ərazisində Ağsu RPŞ-nın DYP bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi