Yolların buz bağlaması Sabunçuda 4 avtomobilin toqquşmasına səbəb olub, 9 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB

Yolların buz bağlaması Sabunçuda 4 avtomobilin toqquşmasına səbəb olub, 9 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub
Hadisə
31 Yanvar , 2017 19:38
Yolların buz bağlaması Sabunçuda 4 avtomobilin toqquşmasına səbəb olub, 9 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub. 

"Report"un məlumatına görə, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır. 

Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar. 

Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu, 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu, həmçinin 1971-ci il təvəllüdlü Verdiyev İlham Məhəmməd oğlu da xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi