DYP: "Paytaxtdakı Texniki Müayinə Mərkəzi fasiləsiz xidmət göstərəcək" 

DYP: "Paytaxtdakı Texniki Müayinə Mərkəzi fasiləsiz xidmət göstərəcək"  Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan da
Hadisə
25 Noyabr , 2022 14:52
DYP: Paytaxtdakı Texniki Müayinə Mərkəzi fasiləsiz xidmət göstərəcək 

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzində 24 saat fasiləsiz iş rejimi tətbiq ediləcək.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Qeyd edilib ki, bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərəcək Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanacaq:

"Eyni zamanda, xidmətin fasiləsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək imkanı yaradacaq".

Son xəbərlər

Orphus sistemi