Yevlaxda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Hadisə
  • 15 noyabr, 2021
  • 07:55
Yevlaxda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

44 filmi