Yevlax. 12 oktyabr. REPORT.AZ/ Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində arxaya hərəkət edən "VAZ-2104" markalı avtomobil yol kənarında dayanmış yerli sakin Cəmilə Mehdiyevanı vurub.
Nəticədə qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.