Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb

Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb İntensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyeklərini su basıb.
Hadisə
13 Dekabr , 2023 16:38
Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb

İntensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi