Xızıda avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
- 15 dekabr, 2022
- 05:14
Xızı rayonuda avtomobil velosipedçini vuraraq öldürüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə yolun təmiri bitmiş, lakin istifadəyə verilməmiş hissəsində hərəkətdə olarkən velosipedçi, 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlunu vurub. Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42
Yaponiyanın 4 mindən çox sakini tufandan sonra elektriksiz qalıb
Digər ölkələr08:28
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr08:11
Foto