Sumqayıt. 24 may. REPORT.AZ/ Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.
Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.
*** 16:31
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində batan şəxslərlə bağlı rəsmi məlumat yayıb.
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.
Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.