Xaçmazda qayınata və qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xaçmazda qayınata və qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır Xaçmazda qayınata və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
20 May , 2021 09:08
Xaçmazda qayınata və qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xaçmazda qayınata və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 18-də odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Rəhman Osmanovun arvadının bir neçə gün əvvəl evi tərk edərək öz valideynlərinin evinə getməsi səbəbindən qeyd edilən tarixdə qayınatası Beykəs Yunusov və qayınanası Sona Yunusova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi