Vilyam Hacıyevin məhkəməsində tanınmış idmançı ifadə verib

Vilyam Hacıyevin məhkəməsində tanınmış idmançı ifadə verib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilir.
Hadisə
18 Aprel , 2022 12:01
Vilyam Hacıyevin məhkəməsində tanınmış idmançı ifadə verib
Elnur Şıxəliyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid qismində Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev ifadə verib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə idmançı bildirib ki, İmişli rayonunda heyvandarlığın inkişafı ilə bağlı torpaq alıb:

"Mən özüm beynəlxalq dərəcəli idmançıyam. Atamdan qalan heyvandarlıq sahəsini inkişaf etdirmək istəyirdim. Mən ilk olaraq İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə müraciət etdim. Qeyd edildi ki, mühasibatlığa yaxınlaşmaq lazımdı. Rayonun Maliyyə şöbəsinin rəisi Cəmil Musayevə 20 min manat pul verdim. Ondan çek də tələb etdim, amma mənə təqdim etmədi".

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

11.32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilir.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Aqil Fəzailoğlu ifadəsində bildirib ki, torpaq almaq üçün RİH-də Hüseyn adlı şəxsə pul verib:

"Torpağımın sənədi qaydasında idi. Sadəcə şərtlərlə bağlı problem yaranmışdı. Müqavilənin müddətini artırmaq üçün İmişli Rayon İcra Hakimiyyətindən pul tələb olundu. Buna görə də 1 000 manat pul verdim".

Məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi