Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Hadisə
26 Oktyabr , 2024 12:47
Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 min manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 min manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi