Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib

Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib Gəncə. 28 dekabr. REPORT.AZ/ Gəncədə döyülmə hadisəsi baş verib.
Hadisə
28 Dekabr , 2018 00:32
Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib

Gəncə. 28 dekabr. REPORT.AZ/ Gəncədə döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində yerləşən şadlıq sarayında baş verib. 

Həmin sarayda videooperator işləyən Ülvi Musayev toy mərasiminin qonağı tərəfindən hələ ki, məlum olmayan səbəbdən döyülüb. Nəticədə o, üzündən və başından xəsarət alıb. Ü.Musayev təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Gəncədə kişi qohumunu bıçaqlayıb. 

Son xəbərlər

Orphus sistemi