"Azərsu"yun 2 əməkdaşı Ucarda torpaq uçqununda xəsarət alıb - YENİLƏNİB

"Azərsu"yun 2 əməkdaşı Ucarda torpaq uçqununda xəsarət alıb - YENİLƏNİB Azərsu ASC Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib.
Hadisə
147
9 Aprel , 2019 19:37
Azərsuyun 2 əməkdaşı Ucarda torpaq uçqununda xəsarət alıb - YENİLƏNİB

"Azərsu" ASC Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib. 

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a bildirib ki, Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb: "Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur".


*** 19:06

Ucar rayonunda torpaq uçqunu olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb. 

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib. Nəticədə 2 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi