Tovuzda stomatoloqun evindən 6000 dollar və 15000 manat dəyərində qızıl oğurlayan şəxslər tutulub
Hadisə
- 17 avqust, 2018
- 10:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT.AZ/ Tovuz rayonunda evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Tovuz rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən divarda quraşdırılmış seyfdən 6000 ABŞ dolları, 200 avro, 680 manat pul və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini Taleh Cəfərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynli saxlanılıblar.
Qeyd edək ki, oğurluq İlham Ələkbərovun evindən olub və həmin şəxs kənddə stomatoloq kimi fəaliyyət göstərir.
Son xəbərlər
11:24
Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək
İnfrastruktur
11:23
Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb
Energetika
11:20
Elnur Soltanov: "Azərbaycan enerji sektorunda bazar şərtləri ilə rəqabət aparır"
Energetika
11:19
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
Digər ölkələr
11:17
Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
Milli Məclis
11:16
Afrikalı fəal dövlət səviyyəsində praktiki inkluzivlik fondunun yaradılmasını təklif edib
Mədəniyyət siyasəti
11:15
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
Digər ölkələr
11:12
Rusiya İƏT ölkələri ilə maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq təklif edib
Xarici siyasət
11:11
Vəcihə Harris: Bakı forumunda dünya üçün aktual və faydalı mövzulara toxunulur
Xarici siyasət