Tovuzda 35 yaşlı kişinin meyiti tapılıb

Hadisə
  • 23 dekabr, 2022
  • 09:15
Tovuzda 35 yaşlı kişinin meyiti tapılıb

Tovuz rayonunda su arxının kənarında kişi meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit Eyyublu kəndində aşkar olunub.

Meyitin kənd sakini 1987-ci il təvəllüdlü Zaur Əliyevə aid olduğu müəyyən edilib.

İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Hadisənin baş vermə səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi