Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib

Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib Tərtər rayon prokurorluğunun məlumatı İyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişi
Hadisə
14 iyul 2022 12:07
Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib

Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib.

Bu barədə "Report"a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi