​Tanınmış bloggerin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

​Tanınmış bloggerin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb
Hadisə
3 Fevral , 2016 18:04
​Tanınmış bloggerin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirləndirilən Xalid Xanlarovun apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.Xanlarovun apellyasiya şikayətini təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittihama əsasən, X.Xanlarov yanvarın 23-də metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı parkda telefonla uca səslə danışıb, söyüş söyən zaman iki nəfər polis ona yaxınlaşıb. Daha sonra polislər həmin şəxsdən sənədlərini istəyib. Lakin sənədlərini verməyən X.Xanlarov polislərə müqavimət göstərdiyi üçün saxlanılıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 25 sutka inzibati həbs cəzası qararı çıxarıb. Qərardan narazı qalan X.Xanlarov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, tələbə olan X.Xanlarov bir müddət əvvələ qədər "Facebook" sosial şəbəkəsində blogger kimi fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi