Tanınmış alim Mirhaşım Talışlı Lənkəranda dəfn edilib

Tanınmış alim Mirhaşım Talışlı Lənkəranda dəfn edilib Lənkəran. 6 aprel. REPORT.AZ/ Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün dəfn edilib.
Hadisə
110
6 Aprel , 2018 22:57
Tanınmış alim Mirhaşım Talışlı Lənkəranda dəfn edilib

Lənkəran. 6 aprel. REPORT.AZ/ Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün dəfn edilib.

"Report" xəbər verir ki, M.Talışlı Lənkəran şəhərinin "Sərdaxıl" qəbirstanlığında torpağa tapşırılıb.

Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. M. Talışlı 16 yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisi olub, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinskinin nəslindəndir.

Qeyd edək ki, tanınmış alim dünən axşam saatlarında Lənkəran şəhərində vəfat edib.

Son xəbərlər

Orphus sistemi