Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır

Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edən Elbrus Məhərrəmlinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
12 Mart , 2022 13:01
Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edən Elbrus Məhərrəmlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Abşeron rayonu Atyalı yaşayış massivində baş verib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi