Taekvondo üzrə Azərbaycan çempionu bıçaqlanıb
Hadisə
- 22 mart, 2018
- 11:57
Bakı. 22 mart. REPORT.AZ/ Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.
Qeyd edək ki, S.İsmayılov "Fateh" klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub.
Son xəbərlər
19:35
Giorgi Tumasyan: Azərbaycan və Ermənistanın enerji əməkdaşlığı qarşılıqlı etimadı gücləndirə bilər
Region19:17
Toktoqul SES-də generatorların dayanması Mərkəzi Asiyada elektrik kəsintisinə səbəb olub - YENİLƏNİB-2
Region19:10
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Biznes18:50
Video
Serbiyada SOCAR-la birgə layihə üzrə növbəti addımlar müzakirə edilib
Energetika18:34
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
İnfrastruktur18:09
Rusiyanın xarici borcu ilin əvvəlindən 6,5 milyard dollar artıb
Maliyyə18:01
Ayxan Abbasov: "Sabahın Ulduzları" layihəsindən bir çox istedad üzə çıxıb"
Futbol17:48
Sumqayıtda kafe yanıb
Hadisə17:43
Foto