Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşlara ümumilikdə 25 il cəza verilib

Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşlara ümumilikdə 25 il cəza verilib Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş - Kamran və İmran Yusifzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 Aprel , 2018 14:15
Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşlara ümumilikdə 25 il cəza verilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş - Kamran və İmran Yusifzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Yusifzadə 13 il və qardaşı İ.Yusifzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə ötən il Bakının Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu təvəllüdlü Kamran və qardaşı İmran Yusifzadə mübahisə edib.

Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər.

Hadisədən sonra saxlanılan qardaşlar barəsində Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi