Süpürgəçini zorlayıb videoya çəkən müəllim istintaqa cəlb edilib

Süpürgəçini zorlayıb videoya çəkən müəllim istintaqa cəlb edilib Cəlilabad. 18 aprel. REPORT.AZ/ Cəlilabad Rayon Prokurorluğu rayonda baş vermiş təcavüz hadisəsi barədə məlumat yayıb.
Hadisə
18 Aprel , 2018 17:41
Süpürgəçini zorlayıb videoya çəkən müəllim istintaqa cəlb edilib

Cəlilabad. 18 aprel. REPORT.AZ/ Cəlilabad Rayon Prokurorluğu rayonda baş vermiş təcavüz hadisəsi barədə məlumat yayıb.

Rayon Prokurorluğundan “Report”un Aran bürosuna verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Q.İsayev məktəbdə müəllim, R.Cəfərova isə məktəbdə süpürgəçi işləyir.

Son xəbərlər

Orphus sistemi