Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
- 27 mart, 2024
- 14:43
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna məlumat verilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
18:17
Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
17:29
Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.
Bu barədə “Report”un yerli bürosu xəbər verir.
Meyit Sumqayıt Uşaq Xəstəxanasının həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.