Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
Hadisə
27 Avqust , 2024 11:55
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 26.08.2024-cü il tarixində 1971-ci il təvəllüdlü kişi cinsli şəxs hospitalizasiya olunub.

Mərkəzdən "Report"un yerli bürosuna bildirilib ki, qarının ön divarının boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib.

"Vəziyyəti əməliyyata uyğun stabildir", - məlumatda qeyd olunub.

09:40

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi