Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alan var

Hadisə
  • 25 fevral, 2023
  • 07:03
Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində minik avtomobili ilə sərnişin avtobusu toqquşub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, "Tofaş" markalı avtomobil 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Kənan Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 filmi