Sumqayıtda yol qəzasında polis nəfəri dünyasını dəyişib, xəsarət alanlar var - YENİLƏNİB

Sumqayıtda yol qəzasında polis nəfəri dünyasını dəyişib, xəsarət alanlar var - YENİLƏNİB Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2023 00:42
Sumqayıtda yol qəzasında polis nəfəri dünyasını dəyişib, xəsarət alanlar var - YENİLƏNİB

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

00:20

Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və "Toyota" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində BMW-nin sürücüsü İlqar Mirzə oğlu Sadıqov ölüb, daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi