Sumqayıtda avtobusla minik avtomobilinin toqquşması ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda avtobusla minik avtomobilinin toqquşması ilə bağlı cinayət işi başlanılıb Sumqayıtda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
17 Mart , 2022 12:50
Sumqayıtda avtobusla minik avtomobilinin toqquşması ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 15-də Sumqayıt şəhər ərazisində qeydə alınıb.

Belə ki, Aslanov Emin Balakərim oğlunun idarə etdiyi “Hyundai County” markalı avtobusla Hümmətov Barxudar Əlirza oğlunun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobili toqquşub. Nəticədə avtobusda olan sərnişinlər, “Hyundai Santa Fe”nin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Martın 16-da isə 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi