Sumqayıtda 22 yaşlı gənc intihar edib - YENİLƏNİB
- 28 noyabr, 2018
- 07:19
Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıtda intihar edən gəncin şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Səfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
*** 08:21
Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində gənc oğlan intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən ondörtmərtəbəli yaşayış binasında baş verib.
Belə ki, hələlik adı məlum olmayan gənc oğlan özünü hündürmərtəbəli binadan ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.