Sumqayıt sakini pilləkəndən yıxılaraq ölüb

Hadisə
  • 30 may, 2016
  • 09:05
Sumqayıt sakini pilləkəndən yıxılaraq ölüb

Bakı. 30 may. REPORT.AZ/ Sumqayıt sakini pilləkəndən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhər sakini Arzu Cəfərov yaşadığı evdə pilləkənlərdən yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.