​Sumqayıtda 88 yaşlı kişi özünü “Vinçestr”lə güllələyib

Hadisə
  • 17 may, 2016
  • 10:21
​Sumqayıtda 88 yaşlı kişi özünü “Vinçestr”lə güllələyib

Bakı. 17 may. REPORT.AZ/ Sumqayıt şəhərində ahıl kişi yaşadığı evdə intihar edib.

“Report”un xəbərinə görə, şəhər sakini 1928-ci il təvəllüdlü Namaz Namazov “Vinçestr” markalı tüfənglə özünü güllələyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparır.