Son iki ayda videomüşahidə kameraları 400-dən çox yol qəzasını qeydə alıb

Son iki ayda videomüşahidə kameraları 400-dən çox yol qəzasını qeydə alıb Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alıb.
Hadisə
19 Dekabr , 2022 14:05
Son iki ayda videomüşahidə kameraları 400-dən çox yol qəzasını qeydə alıb

Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alıb.

Bunu "Report"a Mərkəzin rəsmisi Rauf Mirqulamov deyib.

O bildirib ki, hadisələrin böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır: "Aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgün əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi