​Son 2 gündə Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında artım olub

Hadisə
  • 11 noyabr, 2014
  • 06:44
​Son 2 gündə Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında artım olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Son 2 gün ərzində klinika və poliklinikalarda rəsmi iş günü olmadığından Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edənlərin sayında artım müşahidə edilib. Bu barədə “Report”a BŞTTYS-nin operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.

Belə ki, şənbə günündən başlayaraq çağırışların sayında 5 faiz artım olub.

Onun sözlərinə görə, bu müddət ərzində BŞTTYS-yə orta hesabla 1600-1700 çağırış olub.

Z.Vahidova qeyd edib ki, son 3 gün ərzində ən çox ürək-qan damar sisteminin xəstəlikləri, zədələr, yoluxucu xəstəliklər, eləcə də doğuş, ginekoloji problemlər, terapevtik xəstəliklərlə bağlı stansiyamıza müraciətlər daxil olub: “Şənbə günündən başlayaraq poliklinikalarda iş günü olmadığından, əsasən uşaq çağırışları ilə bağlı müraciətlərin sayında artım olub”.

Son xəbərlər

Bütün Xəbər Lenti