Somalidə dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsi Bakıya gətirilib

Somalidə dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsi Bakıya gətirilib Cənazə dəfn olunması üçün Göyçay rayonuna yola salınıb ​
Hadisə
3 Aprel , 2016 01:31
Somalidə dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsi Bakıya gətirilib

Bakı. 3 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində dünyasını dəyişən azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi Bakıya gətirilib.

Bunu "Report"a dünyasını dəyişən Kamaliya İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılov bildirib.

Onun sözlərinə görə, cənazə İstanbul-Bakı aviareysi ilə Bakıya gətirilib və dəfn olunması üçün Göyçay rayonuna yola salınıb.

Xatırladaq ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə hücum edilib. Silahlı hücum nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları olmaqla, 7 nəfər qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Yerli KİV-lərin məlumatına görə, silahlı basqında "Əş-Şabab" terror qruplaşması şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi