Şəmkirdə dava zamanı iki nəfər bıçaqlanıb
- 22 oktyabr, 2021
- 18:54
Şəmkir rayonunda bıçaqlanma baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər parkında qeydə alınıb.
Belə ki, parkda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı 1985-ci il təvəllüdlü Nemət Hüseynov iki, Ədalət Rəhimov bir bıçaq xəsarəti alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.
Onlar bir-birinə xəsarət yetirməkdə şübhəli bilinirlər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Qeyd edilir ki, bıçaqlanan şəxslər yeznə-qayındır.
Faktla bağlı araşdırmalara başlanılıb.
21:53
Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə parkda qeydə alınıb.
İlkin məlumata görə, bir nəfər bıçaqlanıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.