Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb.
Hadisə
15 Mart , 2023 01:10
Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1972-ci il təvəllüdlü Səidə Hüseynova, 1998-ci il təvəllüdlü Pakizə Axmedova, 2003-cü il təvəllüdlü Şahin Həsənov, 1972-ci il təvəllüdlü Arzu Həsənov, 1996-cı il təvəllüdlü Ayşən Axmedova xəsarət alıblar.  

Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi