Səməd Seyidov: “AŞPA-da sanksiya tətbiq olunan insanlar Qarabağ məsələsini qaldıranlardır”

Səməd Seyidov: “AŞPA-da sanksiya tətbiq olunan insanlar Qarabağ məsələsini qaldıranlardır” Bakı. 16 may. REPORT.AZ/ “AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.“Report”un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.
Hadisə
16 May , 2018 17:02
Səməd Seyidov: “AŞPA-da sanksiya tətbiq olunan insanlar Qarabağ məsələsini qaldıranlardır”
AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov / Report/ Firi Salim
0 : 00
0 : 00
Bakı. 16 may. REPORT.AZ/ “AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir: “Ermənistan və onların ətrafında olan qüvvələr müxtəlif taktikalardan istifadə edirlər. Bütün bu addımlar Dağlıq Qarabağa görədir. Amma onlar istəklərinə nail ola bilməyəcəklər”.

S.Seyidov qeyd edib ki, Avropa Şurası dəyişəcək. O, buna əminliyini ifadə edib: “Biz Avropa Şurasına daxil olarkən ümumbəşəri dəyərləri seçmişdik. Çox təəssüflər olsun ki, onlar təzyiq üsuluna əl atırlar. Biz o qurumda bundan sonra da təmsil olunacağıq, fəaliyyət göstərəcəyik”.

Son xəbərlər

Orphus sistemi